Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Milli Məclis bu gün yenidən toplanır

Milli Məclis bu gün yenidən toplanır

Bu gün Milli Məclisin növbəti iclsı keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iclasın gündəliyinə Əmək Məcəlləsinə, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Təhsil haqqında” və digər bir sıra qanunlara dəyişikliklər olmaqla 38 məsələ daxildir.

İclasda həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi məsələsinə baxılacaq.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …