Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Lalə Məmmədova sənətçiləri tənqid etdi: “Bu şəhidlərə edilən hörmətsizlikdir!”

Lalə Məmmədova sənətçiləri tənqid etdi: “Bu şəhidlərə edilən hörmətsizlikdir!”

Əməkdar artist Lalə Məmmədova cəbhə bölgəsinə gedən sənətçiləri tənqid edib. 
Belə ki, müğənni Instagram hesabında müğənnilərin təşəbbüsünü şəhidlərə hörmətsizlik olduğunu bildirib:
“Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və etdiyiniz şadyanalığınızı seyr edirəm… Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır!”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın