Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qayıdır – FOTO

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qayıdır – FOTO

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qayıdır. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür.

Məlumata görə, prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakı ətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri 04.04.2017 tarixində Atletlər kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilmişdi. Məqsəd Oyunlar ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın