Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Kayahanın malikanəsi satışa çıxarıldı

Kayahanın malikanəsi satışa çıxarıldı

Mərhum türkiyəli sənətçi Kayahanın qızı, müğənni Beste Açar atasının əsərlərini yazdığı malikanəni satışa çıxarıb.

Balıkesir vilayətinin Gömeç rayonunda yerləşən malikanə “Gönül köşkü” olaraq da tanınır. 2015-ci ildə dünyasını dəyişən məşhur türkiyəli sənətçi Kayahanın unudulmaz əsərlərini yazdığı “Gönül köşkü” 5 ayrı villadan ibarətdir.

Açar malikanəni 70 milyon Türkiyə lirəsinə satışa çıxardığını açıqlayıb.

Lakin o, malikanənin bir küncündə atasının xatirələrini yaşatmaq istədiyini bildirib.

“Atam sağlığında evi satmaq istəyirdi. Çünki işləri və səhhəti ilə bağlı gedib çox qala bilmirdi. Artıq 8 ildir ki, biz də artıq buna əmin olduq və “Gəlin sataq” dedik. Onun da istəyi bu idi. Keçən ay satışa çıxarıldı. Daşınmaz əmlak şirkəti ilə müqavilə bağladıq. Lakin bir hissəsinin xatirə kimi qalmasını istəyirəm. Bu hissə muzey kimi də ziyarətçilərə açıla bilər. Alacaq insana da bununla bağlı məlumat veririk”, – deyə Beste Açar qeyd edib./Oxu.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …