Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda bütün köhnə binaları söküb, yeni binalar tikmək mümkündürmü?

Bakıda bütün köhnə binaları söküb, yeni binalar tikmək mümkündürmü?

“1980-ci ilin əvvəllərinə kimi inşa olunan binaların əksəriyyəti yaşayış minimumu tələblərinə cavab vermir. Onların sökülməsinə ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert bildirib ki, həmin binalar artıq köhnəlib:
“Eyni zamanda nəzərə almaq lazımdır ki, paytaxtın mərkəzi həddən artıq yüklənib. Bu yüklənmənin azaldılması üçün 3-5 bina söküb, yerində bir binanın tikilməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, Qurban müəllimin təkliflərinə müsbət yanaşmaq olar. Burada ən vacib olan məqamlardan biri binaların sökülüb yenilənməsi ilə bağlı proqramların işlənib hazırlanmasıdır. Hökumət investorların, tikinti şirkətlərinin bu prosesdə təmin olunması üçün müəyyən stimullaşdırıcı addımlar atmalı, güzəştlər etməlidir”.
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.Ramil Osmanlının fikirincə, bu binalar artıq istismar müddətini başa vurub:
“Əksəriyyəti də istismar müddətini başa vurmağa yaxın olan binalardır və onların sökülməsunə ehtiyac var”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bakıda bütün köhnə binaların söküləcəyini açıqlayıb. O, söküləcək binaların hər birinin yerində yenilərinin tikiləcəyini bildirib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …