Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İtkin düşənlər hələ tapılmayıb – Son məlumat

İtkin düşənlər hələ tapılmayıb – Son məlumat

“Dalğaların sabitləşməsi suyun altında axtarışları davam etdirməyə imkan verir”

AzVision.az xəbər verir ki, bunu “Azneft” İB-nin baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov “Günəşli” yatağında baş verən qəza ilə bağlı bu gün keçirilən mətbuat konfrasında deyib.

O bildirib ki, səhər saatlarından başlayaraq FHN-nin helikopterləri axtarışları davam etdirir:  “Həmçinin 7 gəmi yanğının söndürülməsi işini davam etdirir. Hazırda həmin yerdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və bizim rəhbərlik hadisə yerində müşavirə keçirir. İşlər tam sürətilə davam etdirilir. Təəssüflər olsunki, bu vaxta qədər işçilərimizdən heç kimin meyiti tapılmayıb. Buzovna ərazisində boş jiletlərin tapılması ilə bağlı məlumat daxil olub və əməkdaşlarımız həmin yerə baxış keçiriblər. Amma məlum olub ki, həmin jiletlər bizim əməkdaşlara aid deyil. Onlar balıqçı jiletləri olub“.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın