Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İtaliya kanalında Azərbaycanla bağlı reportaj – Video

İtaliya kanalında Azərbaycanla bağlı reportaj – Video

Bakıda keçirilmiş Formula-1 Avropa Qran-pri yarışını canlı yayımlayan İtaliyanın nüfuzlu “RAI 1” televiziya kanalında Azərbaycanın İtaliya turistləri üçün yeni turizm istiqaməti kimi təşviqi ilə bağlı reportajlar verilib.

Reportajlarda tamaşaçılara ölkəmizin tarixi-mədəni irsi, xalçaçılıq ənənələri, habelə Bakının memarlığı, şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, Alov Qüllələri barədə məlumatlar çatdırılıb. Bundan başqa, Azərbaycanın neft sənayesi tarixi, ölkəmizin son illərdəki inkişafı, beynəlxalq idman tədbirlərinin təşkilatçısı olması barədə söhbət açılıb.

Azərbaycanın milli musiqi alətləri və muğam musiqi sənəti barədə təqdim edilmiş ayrıca reportajda əməkdar artist Firuz Səxavət və “Qarabağ” xalq çalğı alətləri ansamblının musiqi rəhbəri, əməkdar artist Əliağa Sədiyev və kaman ustası Xəyyam Məmmədovun ifasında muğam kompozisiyası səsləndirilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın