Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İsmayıl Ağayev Salyanın Kürsəngi kəndində seçicilərlə növbəti görüşünü keçirib

İsmayıl Ağayev Salyanın Kürsəngi kəndində seçicilərlə növbəti görüşünü keçirib

Bu barədə məlumatı Azinforum.az-a namizədin seçki qərargahının mətbuat xidmətindən veriblər.

Görüşü giriş sözü ilə açan namizədin vəkili, pedaqoq Gülayə Tağıyeva və İsgəndər Cəfərov namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçicilərə məlumat verib. Daha sonra çıxış edən şair, AYB-nin üzvü, professor Ənvər Əhməd, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov deputatlığa namizəd İsmayıl Ağayevə uğurlar arzulayaraq seçkilərdə Kürsəngi kənd sakinlərini fəal olaraq seçkiyə gəlmələrini və gələcəkləri üçün doğru seçim etmələrini söyləyiblər. Kənd sakinləri adından çıxış edən kənd axundu Böyükağa İsmayıl Ağayevə xeyir-dua verərək, onun layiqli namizəd olduğunu qeyd edib və hamını ona səs verməyə çağırıb. Sonda çıxış edən namizəd İsmayıl Ağayev bildirib ki, o daim seçicilərinin problemlərini, onları narahat edən məsələləri diqqət mərkəzində saxlayaraq, problemlərin həlli üçün əlindən gələni edəcəyinə və parlamentdə onların səsi olacağına söz verib:

“Salyan mənim üçün doğma yerdir. Burada mənim Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilmiş yerlilərim, qohum-əqrəbam məskunlaşıb. Mən sizlərin qarşısında seçki platformamda hansı vədləri vermişəmsə, sizi hansı problemlər narahat edirsə, xüsusilə şəhid və aztəminatlı ailələrin, müharibə veteranlarının, qadın və uşaqların problemlərini öz şəxsi problemim bilərək onların həlli üçün çalışacağıma söz verirəm”.

k1

k2

 

 

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın