Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / “İmkan olduqca uşaqlarla futbol oynayıram” – Elmar Məmmədyarov

“İmkan olduqca uşaqlarla futbol oynayıram” – Elmar Məmmədyarov

“Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır”.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

XİN rəhbəri komitənin iclasında müzakirə olunan məsələlərdən danışıb: “Görüş çox maraqlı keçdi. İclasda müxtəlif məsələləri ətraflı müzakirə etdik. AFFA-da belə sərbəst müzakirələrin getməsi çox sevindirici haldır. İndi də danışırdıq ki, iki klubumuz yenə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Əfsuslar olsun ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Amma buna imkan var idi. “Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə ev oyununda oldum. Çox təəssüf ki, 85-ci dəqiqədə qol buraxaraq, qitənin ən nüfuzlu klub turnirində yolumuza davam edə bilmədik. Amma doğrudan da klub səviyyəsində tam şəkildə inkişaf gedir”.

Komitə üzvü Dünya çempionatı-2018-in seçmə mərhələsində mübarizəyə başlayan Azərbaycan millisinin qarşıdakı oyunu ilə bağlı da fikirlərini də bölüşüb: “Millimiz isə Dünya çempionatında mübarizəyə başlayır. Sentyabrın 4-də komandamızın San Marino ilə səfər matçından qələbə ilə qayıdacağına inanıram. Rəsmi oyundan qələbə ilə qayıdacaq. Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır. Olimpiadada 18 medal qazanan ölkəni komanda şəklində təmsil edən də olmalıdır ki, beynəlxalq səviyyədə böyük inkişaf getsin”.

Nazir vurğulayıb ki, 56 yaşında olmasına baxmayaraq, imkan olduqca uşaqlarla futbol oynayır: “Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. Burada ilk gündən özünü nəinki azarkeş kimi hiss edirsən, hətta imkan olduqca meydana da çıxırsan. Baxmayaraq ki, 56 yaşındayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram”.

Nazir xarici siyasətdən futbol idarəçiliyinə adaptasiya dövrü ilə bağlı ünvanlanan suala belə cavab verib: “Baxmayaraq ki, 56 yaşındayam, imkan olduqca uşaqlarla futbol oynayıram. Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. Burada ilk gündən özünü nəinki azarkeş kimi hiss edirsən, hətta imkan olduqca meydana da çıxırsan. Baxmayaraq ki, 56 yaşındayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram”.(report).

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın