Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İlham Əliyev Şevardnadze ailəsinin qonağı olub

İlham Əliyev Şevardnadze ailəsinin qonağı olub

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Tiflisdə Gürcüstanın mərhum dövlət başçısı Eduard Şevardnadzenin məzarını ziyarət edib və ailə üzvləri ilə görüşüb.

Dövlət başçısı Tiflisdə Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadzenin evinə gedib. Prezident İlham Əliyev əvvəlcə Eduard Şevardnadzenin və onun xanımının məzarları önünə gül dəstələri qoyub. Şevardnadzenin ailə üzvləri ilə görüşüb.

Eduard Şevarnadze ilə bağlı xatirələrini bölüşən İ.Əliyev deyib ki, onun xatirəsi Azərbaycanda daim böyük hörmətlə anılır. Vaxtilə ulu öndər Heydər Əliyev ilə Eduard Şevardnadzenin yaxın dostluq münasibətlərindən danışan prezident İlham Əliyev bildirib ki, hər iki lider Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafında müstəsna rol oynayıblar.

Eduard Şevardnadzenin ailə üzvləri prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, dövlətimizin başçısının Eduard Şevardnadzenin xatirəsinə olan hörməti çox yüksək qiymətləndirilir. Eduard Şevardnadze də daim ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmətlə yanaşıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına həmişə töhfə verməyə çalışıb.

Prezident İlham Əliyev Eduard Şevardnadzenin müxtəlif illərdə çəkdirdiyi fotolara və layiq görüldüyü mükafatlara, ona bağışlanan hədiyyələrə baxıb. Sonda xatirə şəkli çəkdirilib (president.az).

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın