Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi

Yağış Ziya Bünyadov prospektində hərəkəti iflic etdi

Aramsız yağan yağışlar Bakının Ziya Bünyadov prospektində avtomobillərin hərəkətini iflic edib. Ərazidəki ticarət mərkəzlərinin qarşısında gölməçələr yaranıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Trend”ə bildirib ki, hazırda sözügedən ərazidə qurumun xüsusi maşın və briqadası işləyir: “Aramsız yağışlar Ziya Bünyadov prospektində, Elit Ticarət Mərkəzinə yaxın ərazidə problemlər yaradıb. Amma hazırda əməkdaşlarımız xüsusi maşınlarla qalıq suları çəkirlər. Ümid edirik ki, çox qısa vaxtda problem aradan qalxacaq”.

Qeyd edək ki, dünəndən yağan yağışlar Bakının bir sıra yerlərində qalıq sular, gölməçələr əmələ gətirib. Bu isə avtomobillərin hərəkətində problemlər yaradıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın