Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Şou Biznes / İbrahimin qurban edilməsi

İbrahimin qurban edilməsi

İbrahim peyğəmbərin adı ilə bağlı qurbanlıq bayramında AZTV-nin sədr müavini İbrahim Məmmədovun sədr Alışanov Arifə qurban edilməsi, vəzifəsindən çıxarılması nəsə mistik bir şeydir. Hələ yaxşı ki, İbrahim bəy İsmayıl Ömərovun müavini deyildi, elə olsaydı və bu gün eyni qaydada işdən çıxarılsaydı, camaat lap çaş-baş qalacaqdı.

Bu məsələdə maraqlı məqamlardan biri də İbrahim Məmmədovun işdən azad edilməsinin zamanıyla, müvafiq fərmanın elan edilməsiylə bağlıdır.

Onun işdən çıxarılması haqqında xəbər düz 10 gün əvvəl yayılmışdı. Hamı da qeyri-rəsmi olaraq təsdiqləyirdi ki, bəli, onu işdən uzaqlaşdırıblar. Hələ jurnalistin səhhətində probleml yarandığı barədə də xəbərlər yayılmışdı. Ancaq dünən məlum oldu ki, İbrahim Məmmədovun haqqında 10 gün əvvəl yayılmış “işdən götürüldü” xəbəri şayiə imiş, adamı əslində dünən, sentyabrın 23-də işdən çıxarıblar.

Belə çıxdı ki, AZTV-nin rəhbəri Arif Alışanov Teymurləngin oğlu Miranşah kimidir, əlinin üstündə əl yoxdur, o bir adamı işdən çıxarırsa, ali rəhbərlik onun iradəsini qəbul etməlidir.

İndi sosial şəbəkədə gərginlik var, bir xeyli əli baltalı dostlar “yerə yıxılan” İbrahim Məmmədovu baltalayırlar, adına şəbədə qoşurlar, lağlağı, istehza, rişxənd edirlər. Nə var, nə var, İbrahim bəy aparıcısı olduğu verilişlərdə Almaniyanın, digər Avropa ölkələrinin daxili siyasətini, çürük demokartiyalarını, ikili standartlarını, aşınmaqda olan mənəvi dəyərlərini və sair neqativ hallarını tənqid edib.

Düzü, mən özüm o verilişləri görməmişəm, amma elə o vaxt da facebookda “AZTV Almaniyanın yenə dağıtdı (çökdürdü, vurdu, batırdı)” kimi statuslar görürdüm.

Təvazökarlıqdan dağılmış Münhen qədər uzaq olsa da, deyim ki, o maraqlı statuslar məni bir dəfə də olsun AZTV-yə baxmağa məcbur edə bilmədi. Amma hər dəfə fikirləşirdim ki, görəsən, insanlar bu silsiləvi şəkildə davam edən cəfəng verilişlərə, absurd söhbətlərə hansı səbəbdən tamaşa edirlər, hələ bir də bu barədə status yazıb xalqa duyururlar.

Sonradan aydın oldu ki, Alışanovun bu verilişləri sadəcə insanlarda alışqanlıq, aludəçilik yaradıb. Onlar o verilişlərdən, süjetlərdən pozitiv enerji, jarqonla desək, kayf alırlar, riqqətə gəlirlər, sonra bunu digərləri ilə paylaşmaq ehtiyacı hiss edirlər. Telemanyaklıq kimi bir şey, yəni.

Hətta hansısa səbəbdən Avropanın çürüməsi, dağılması barədə verilişlərin ardı bir müddət kəsiləndə telemanyaklarda depressiya halı müşahidə olunurdu. Bir də görürdün, bu mərəzə mübtəla insanlar üsyan edir: “Hardadır AZTV, dünən Almaniyada filan rüsvayçı hadisə olub, amma hələ onlar xəbər verməyiblər, veriliş hazırlamayıblar”.

Adama deyərlər, qardaş, bir halda ki, sənin Almaniyada baş verən pis işlərdən xəbərin var, digər mənbədən aldığın məlumatlara qane ol, otur da. Amma yox, insanlara AZTV-nin mövqeyy, akademik şərhi, sanballı yozumları lazımdır. Onlar səthi informasiyalarla kifayətlənə bilməzlər. Əgər Almaniyada və ya Hollandiyada qatar qəzası vaş beribsə, qasırğa evlərin damını uçurubsa və ya hansısa şəhərdə sosial tələblərlə etiraz aksiyası keçirilibsə, bu, mütləq bu dövlətlərin yanlı siyasətinin nəticəsidir, sistemin çürüklüyünün, süqutunun, iflasının göstəricisidir. Bunu xalqa başa salan lazımdır.

Ya da, məsələn, söz-sözü gətirən kimi, avropalıların başına vurmaq lazımdır ki, siz nə kişisiniz, petux şeysiniz, eynicinsli nikahlara icazə vermisiniz. Qoy tamaşaçılar da elə bilsin, Avropada ailə institutu dağılıb-gedib, ta Romeo-Cülyetta söhbəti yoxdur, hara baxırsan, eyzən Romeo-Romeo, Cülyetta-Cülyetta cütlükləridir. Zarafat-zarafat, AZTV əməlli-başlı Avropa haqqında bu rəyi yaradıb. Atalar pərdəni götürmür, amma əmilər Avropaya gedən qardaşoğluya deyirlər, qaqa, ta gedib orda o qulağı sırğalı göy gədələrə qoşulma haa…

İndi o dəyirmanın üstü unlu fəhlələrindən biri işdən ayrılıbsa, bu, o demək deyil ki, AZTV Avropadan əl çəkəcək. Xeyr. Bu, müqəddəs müharibədir, sona qədər getməlidir. İbrahim Məmmədovun yerinə qoyulan təzə kadr da elə edəcək, elə danışacaq. Hətta Alışanov gedəndən sonra da elə olacaq.

Həmçinin oxuyun

“Afət sevdiyim, istədiyim xanımdır” – Afətin hacısı efirə qoşuldu – Video

Müğənni Afət Fərmanqızı sevgilisi Hacı Rafət ARB-də yayımlanan “Elgizlə izlə” verişində canlı bağlantıya qoşulub. Müğənninin …

Bir cavab yazın