Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Bakı müəlliməsinin SEKS yazılı geyimi

Bakı müəlliməsinin SEKS yazılı geyimi

Bakı məktəblərindən birinin müəlliməsinin işə geydiyi köynəyin sinəsindəki yazı geniş müzakirə mövzusuna çevrilib.

Virtualaz.org saytının təqdim etdiyi fotodan da aydın görünür ki, sinifdə – “Sinif guşəsi” lövhəsinin altında əyləşən müəllimənin koftasının yaxasında iri hərflərlə “SEX COP”, lövhədə isə “Təhsil millətin gələcəyidir!” sözləri yazılıb.

“SEX COP” ingiliscədən tərcümədə “Seksual polis” deməkdir.

Aparıcı Qərb ölkələrində azyaşlılara nəinki ənənəvi cinsi əlaqə üsullarını, ümumiyyətlə, çox şeyləri öyrədirlər. Milli mentalitetə sıx bağlı Azərbaycan məktəblərində seksual tərbiyə dərslərinin verilib-verilmədiyi isə hər halda bizə məlum deyil.

Bu müəllimə həmin köynəyi “Sədərək” bazarından alanda onun üstündə nə yazıldığının bəlkə də fərqində olmayıb. Bəlkə də onu “sex”, yəni müəssisə kimi başa düşüb. Yaxud da bəlkə heç orada yazılanların mənasını anlamayıb. Amma axı məktəbdə ingilis dili müəllimi və ya bu dili bilən şagirdlərin olduğunu anlamaq lazım idi.

Hər halda bu fakta qiymət verməyi oxucuların ixtiyarına buraxırıq.

 

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın