Şənbə , Avqust 24 2019
Ana səhifə / Şou Biznes / Hüquq müdafiəçiləri prezidentin sərəncamını alqışladılar

Hüquq müdafiəçiləri prezidentin sərəncamını alqışladılar

Prezident İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Hüquq müdafiəçisi prezidentin sərəncamına münasibət bildiriblər.

Novella Cəfəroğlu hesab edir ki, Probasiya xidmətinin yaradılması müsbət haldır: “Bu sərəncam çox ailələri sevindirdi. Belə ki, yüngül cəzalara məhkum edilənlərin – avtoqəza törədənlərin, xuliqanlıq edənlərin, cəzasının bitməsinə az qalanların çoxu azadlığa çıxa bilər. Yüngül maddələrlə həbs olunanlar da azadlığa çıxa biləcəklər. Probasiya xidmətinin yaradılması olduqca təqdirəlayiq haldır. Bu xidmət İngiltərə, ABŞ və digər ölkələrdə mövcuddur.

ABŞ-da cəzasının bitməsinə 1 il qalan məhkumları hər həftə evə buraxırlar. Bundan başqa məhkumlar üçün iş yerləri yaradılır. Bu baxımdan Probasiya xidmətinin yaradılması müsbət qərardır”.

Hüquq müdafiəçisi Eldar Zeynalov bildirib ki, prezidentin sərəncamı düzgün və olduqca təqdirəlayiqdir: “Hesab edirəm ki, bu sərəncamla ölkədə cinayətkarlığın səviyyəsi aşağı enəcək. Cinayətkarlığın qarşısını almaq üçün alternativ cəzaların tətbiqi önəmlidir. Bundan başqa məhbuslar üçün istehsal sahələrinin yaradılmasını təqdirəlayiq hal hesab edirəm. İnsan həbsxanada olan zaman tənbəlləşir və kimdənsə asılı vəziyyətlə düşür. Ona görə də məhbuslara iş vermək lazımdır. İnsan həbsxanada olarkən faydalı işlə məşğul olmursa, o azadlığa çıxdıqdan sonra böyük ehtimalla cinayətkar əməllərini davam etdirə bilər.

Məsələn, bir şəxsə 20 manata görə 10 il həbs cəzası verilir. Hər il dövlət onun saxlanılması üçün 6000 manat pul xərcləyir. Bu pulu nə o, nə də ailəsi ödəyir. Bunu dövlət ödəyir. Əgər insan cəmiyyətə, insana zərər vurubsa, öz zəhməti ilə bunu geri qaytarmalıdır. Bunun da ən yaxşı yolu məhkumlar üçün istehsal yerlərinin yaradılmasıdır. Məhbuslar cəmiyyətlə təmasda ola-ola islah olunmalıdırlar”.

Səidə Qocamanlı da prezidentin sərəncamını dəstəklədiyini deyib: “Bu, çox müsbət haldır. Çünki, məhbusların azadlığa buraxılması yüngülləşəcək. Sərt qərarlar çıxarılmayacaq. Ən vacibi odur ki, həbsxanalarda məhbusların sayı azalacaq. Bu da öz növbəsində ölkə iqtisadiyyatına, sosial həyata müsbət təsir göstərəcək”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fkrincə, prezidentin imzaladığı sərəncam tarixi əhəmiyyət daşıyır: “Bu, olduqca mühüm, əvəzolunmaz sərəncamdır. Hesab edirəm ki, nəticəsi çox gözəl olacaq. Həmkarlarım və mən çox şadıq, sevincliyik ki, prezident belə bir sərəncam imzalayıb”.

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın