Ana səhifə / Şou Biznes / Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı –FOTO

Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxıldı –FOTO

Hazırda həbsdə olan uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva amnistiyaya düşənlər sırasındadır.  Bu gün qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur. Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib.
Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən Hacı Məmmədovun həyat yoldaşıdır.(Gununsesi.info)
nAILA gULIYEVA G

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın