Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11:00-da hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq.

Azinforum.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, “Açıq qapı” günü ənənəyə uyğun olaraq Qurban bayramı ilə əlaqədar təşkil edilir.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın