Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Hər şey cəbhə üçün – paytaxtda qanvermə aksiyası keçirilir

Hər şey cəbhə üçün – paytaxtda qanvermə aksiyası keçirilir

Paytaxt sakinləri kütləvi şəkildə Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) yerləşən hərbi hospitala axın edərək könüllü şəkildə qan verirılər.
Kampaniyada iştirak edən əməkdaşlarımız bildirirlər ki, bu barədə müvafiq anonsdan xəbəri olan insanlar bu aksiyanı hərbçilərə dəstək üçün keçirirlər. Qeyd edək ki, sosial şəbəkə iştirakçılarından biri Facebook-da elan yazaraq yaralanmış əsgərə mənfi reuslu qan lazım olduğunu bildirib. Bundan sonra hospitala kütləvi axın başlayıb.

Qeyd edək ki, Qarabağ cəbhəsində hərbi eskalasiyanın artması, döyüşlərin şiddətlənməsi və yaralıların olması səbəbindən əlavə qan ehtiyatına zərurət yara bilər. Ona görə də insanlar cəbhə üçün əllərindən gələn köməyi etməyə hazırdırlar.





Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın