Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib
Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.