Bazar , Oktyabr 20 2019
Ana səhifə / Şou Biznes / Göyçayda “Azəriqaz”ın əməkdaşlarının görünməmiş qanunsuzluğu

Göyçayda “Azəriqaz”ın əməkdaşlarının görünməmiş qanunsuzluğu

“Abonentlərin adına yalançı borclar yazaraq pul tələb edirlər”

Göyçay rayon Potu kənd sakini Elvin Ziyafəddin oğlu Məmmədov “Azəriqaz”ın Ağsu Regional İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət edib.
E.Məmmədov bildirir ki, oktyabrın 26-da günorta saatlarında “Azəriqaz”ın Ağsu Regional İdarəsinin əməkdaşları Göyçay Qaz İdarəsinin Səlim adlı işçisi ilə birlikdə Potu kəndi ərazisində qaz xətlərini kütləvi şəkildə kəsməyə başlayıblar: “Onlar bizim də qapımıza gələrək, guya 160 manat debitor borcumuz olduğunu bildirərək, onun təcili ödənməsini tələb ediblər. Evdə atam olub, o, qaz pulunu vaxtı-vaxtında ödədiklərini, borcu olmadığını, bütün ödəniş çeklərinin əlində olduğunu bildirib. Lakin onlar hədə-qorxu gələrək, pul verməyəcəyi təqdirdə, qazı kəsəcəklərini bildiriblər. Atam iki dəfə infarkt keçirmiş adamdır, özünü əsəbiləşdirməmək üçün üzərində olan 70 manatı onlara verib və bildirib ki, ödənişə görə çek versinlər, oğlanlarım sonra məsələni araşdırar. Amma onlar çek vermədən çıxıb gediblər. Bununla bağlı Göyçay Qaz İdarəsinə məlumat verdik, bundan sonra oktyabrın 27-də qonşularımızdan birinə qaz işçisi 70 manatlıq çek yazıb verib ki, aparın bunu Elvingilə verin. Bu açıq-aşkar qanunsuzluqdur, qaz işçisinin vətəndaşdan pul alıb qaçıb getməsi, şikayətdən sonra çek verməsi heç bir qanunda yoxdur. Bir qədər sonra qaz idarəsinin işçiləri gəlib, yenə 90 manat tələb ediblər. Onlara dedik ki, bütün çeklər əlimizdədir, dedilər bizə dəxli yoxdur, biz çek araşdıran deyilik, qaz xəttini kəsib getdilər. Prezidentimiz dəfələrlə göstəriş verib ki, məmurlar vətəndaşlarla qanunsuz davranmamalıdır, bunu da onlara xatırlatdıq, amma bu adamlar heç bir qanun, prezident göstərişinə məhəl qoymadılar. Göyçay Qaz İdarəsinə də şikayət etdik. Lakin heç kim bu qanunsuzluğu aradan qaldırmır, elə deyirlər ki, borc var, vəssalam. Axı bizim də əlimizdə çeklər var. Qaz idarəsinin işçiləri deyir ki, ola bilsin keçmiş qaz pulu yığan adam sizdən ödənişi alıb, çek verib, amma pulu dövlət büdcəsinə ödəməyib. Bu, artıq cinayət əməlidir”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə də əlaqə saxladıq. Şöbənin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, çeklər qaz idarəsində yoxlanandan, borcun hansı səbəbdən göstərildiyi, olub-olmadığı araşdırılandan sonra məsələyə aydınlıq gələcək.
Vətəndaş bundan sonra qaz idarəsinə yollanıb: “Mən əlimizdə olan çeklərlə birlikdə Göyçay Rayon Qaz İstismarı İdarəsinə getdim, orada çeklərə baxdılar, arxivdən çıxarış etdilər və bildirdilər ki, sizin heç bir qaz borcunuz yoxdur və 160 manat tələbi tam qanunsuzluqdur. Mənə hətta deyildi ki, bu qanunsuzluqla bağlı prokurorluğa müraciət edim. Fakt odur ki, tam qanunsuz şəkildə səhər saatlarından qaz xəttimizi ayırıblar. Hər şey bir yana, bu adamlar atamı tam haqsız yerə, qanunsuz əməlləri necə əsəbiləşdiriblərsə, təzyiqi 180-dən aşağı düşmür, infarkt keçirmiş adamdır, həyatına təhlükə yaranıb. Bu adamlar qanunsuzluq etdiklərini özləri də bilirlər, hətta gəzdikləri “UAZ” markalı maşının dövlət qeydiyyat nişanını da pozublar ki, gələcəkdə bu adamlardan şikayət etmək çətinləşsin. Əslində, bu şəkildə maşının istismar olunması da qanunsuzdur. Tək biz deyilik, kəndin sakinlərinin yarısının qazını belə qanunsuz şəkildə kəsiblər, camaat yığışıb birlikdə prokurorluğa getməyə hazırlaşır”.
musavat.com

 

Həmçinin oxuyun

“Mənim, yengəyə ehtiyacım yoxdur” – Mələk Heydərova

“Çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni …

Bir cavab yazın