Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İşdən çıxarılan MTN-çilər kompromatlar yaya bilərmi?

İşdən çıxarılan MTN-çilər kompromatlar yaya bilərmi?

MTN-də baş verənlər bir neçə gündür ki, mətbuatın gündəmindədir. Artıq MTN strukturunda çalışmış 13 nəfər vəzifədən çıxarılıb. Onlardan 6-sı generaldır. Bundan əlavə başqa sahələrdə çalışan və E.Mahmudova yaxın bir neçə şəxs də vəzifəsini itirib. Amma baş verənlərin fonunda bir sıra məqamlar diqqət çəkir. Bəzi məsələlər isə cəmiyyəti narahat edir.

İşdən çıxarılan şəxslər kompromatlar yaya bilərmi?

Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Sülhəddin Əkbər AzNews.az-a açıqlamasında bildirib ki, Eldar Mahmudov olayı ilə bağlı həbs olunan general və əməkdaşların istintaqının gedişatında maraqlı tərəflər istər-istəməz mətbuata informasiya ötürəcək: “Eldar Mahmudov olayında həbs olunanlarlar var. Onlar nəzarət altında ev dustağı olduqları müddətdə məlumat verməkdən çəkinəcəklər, heç vaxt danışmayacaqlar.

Birincisi, özləri haqqında daha ağır cəzanın verilməsindən qorxarlar.

İkincisi isə həbs olunanların özlərinin də ailə üzvləri var. Ən azından onları düşünərlər”.

S.Əkbər qeyd edib ki, onlardan kimlərsə həbs olunmamışdan əvvəl xarici ölkələrə məlumat ötürübsə, yaxud kimlərsə nəzarətdən yayınıb, xaricə çıxıbsa təhlükəsizlik təminatı aldıqdan sonra belə məlumatları verə bilərlər.

Xatırladaq ki, MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov həbs edilib.

MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov, Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov, Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev, MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, Nazirliyin Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov isə işdən çıxarılıb.

MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, MTN-nin idarə rəisi, polkovnik Nazim Lətifov, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın