Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Gərək vecsiz olasan, mən də bunu bacarmıram” – Müğənni

“Gərək vecsiz olasan, mən də bunu bacarmıram” – Müğənni

“İndi yaşayırıq, həyat şirindir. Amma ikinci dəfə bu həyata gəlmək istəmərəm. Dünyanın haqsızlıqlarına dözmürəm. Bu balaca çiyinlərimdə yükü daşıya bilmirəm, yorulmuşam. Allahıma dönə-dönə yalvarıram ki, məni bu dünyaya bir də gətirmə”. 

Bu sözləri müğənni Bahar Lətifqızı “Günün sədası” proqramında qonaq olarkən deyib.

Sənətçi həyatdan zövq almadığını bildirib:

“Dünya bir pəncərədir, hər gələn baxıb gedər”. Mən də gəldim, baxdıqlarımdan zövq almıram. Ancaq övladlarımdan zövq alıram. Bu dünyanı sevmirəm. Burada ayrılıqlar çoxdur. Uşaqlar ana-atalardan ayrılır. Buna dözmək çox çətindir. Gərək vecsiz olasan. Mən də bunu bacarmıram”. 

O, həmin açıqlamasını “Instagram” hesabında yazaraq bunları əlavə edib: “Həyatın hər üzünü görmüşəm. Yaşım çox olmasa da, hər çətinliyi yaşamışam. Aclıq, soyuqdan donmaq, ana-ata arzulamaq və s. Bu dünyada müəyyən insanlara etibar yoxdur. Allah dünyamızı qorusun”.

Daha sonra sözügedən posta izləyicilərdən biri “sizdən daha pis yaşayanlar var, qədrini bilin” şərhini bu cür cavablandırıb:

“Bircə bunu deyə bilərəm ki, 5 yaşımda gecələr anamın qoynunda yatmaq, isti evimizdə böyümək istəyirdim. Əvvəldən mənimki gətirməyib. Yəni həyatım bu cür başlayıb”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …