Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / “Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var” – Natiq Cəfərli

“Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var” – Natiq Cəfərli

“Azərbaycanda qanunla binalar yoxlanılandan sonra təhvil verilməlidir. Əgər vaxtında bu yoxlamalar normal keçirilibsə, korrupsiya və rüşvət olmayıbsa, hər şey qaydasında olmalıdır. Amma şübhəsiz ki, bu məsələdə də qanunsuluğa yol verilib. Hətta Azərbaycan reallığını nəzərə alsaq, əlavə yoxlamalar olacağı təqdirdə düşünmürəm ki, vəziyyət düzələ bilər. Çünki bu iş yenə də həmin qurumlara tapşırılarsa, onlar məsələni eyni qaydada – rüşvət və korrupsiya yolu ilə həll edəcəklər. Yoxlama qərarının heç bir praktiki əhəmiyyəti olmayacaq”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, təkcə Bakıda təhvil-təslim aktı olmayan yüzlərlə bina var ki, illərdir vətəndaşlar orada yaşayır, dövlətə kommunal xidmətlərə görə ödəniş edir:”Yəni, zatən dövlət o insanların yaşadığı yerə mülkiyyət hüququnu dolayısı ilə – xidmət göstərib pul almaqlaə tanıyıb. Amma bina təhvil verilməyib deyə onlar “kupça” ala bilmirlər. Yaxşı, bina yaşamaq üçün yararsız olduğu üçün akt verilmirsə, insanlar niyə orda yaşayır, yaşamaq üçün yararlıdırsa, niyə onlara təhvil-təslim aktı verilmir?! Bina tikənlər rüşvət vermirlər deyəmi aktı ala bilmirlər? Yoxsa səbəb başqadır? ”.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …