Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / Fərəc Quliyev: “Qaçqınkom”un bu addımı maliyyə çətinliyi ilə bağlı deyil”

Fərəc Quliyev: “Qaçqınkom”un bu addımı maliyyə çətinliyi ilə bağlı deyil”

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Qaçqınkom-un qaçqınlara və məcburi köçkün ailələrinə xəbərdarlıq etməsini belə şərh edib: “Bu kimi hadisələr əvvəllər də baş verib. Bəzi qaçqın və məcburi köçkün ailələri belə hallardan sui-istifadə edirdilər. Bu məsələni parlamentdə də bir-neçə dəfə qaldırmışam. Xüsusilə o məsələni qaldırırdım ki, hərbçilərin, zabitlərin evini tutmuş qaçqınlar, ilk öncə evlərlə təmin olunmalıdırlar”.

Pariya sədri Fərəc Quliyev əlavə edib ki, qaçqınlar üçün belə bir şərait yaradılırsa, yəni yeni mənzillərlə təmin olunursa, onların ikinci bir mənzili mənimsəyib, yaranmış vəziyyətdən sui-istifadə etmələri doğru deyil: “Şərtlər dəyişilib, indi əvvəlki vaxt deyil. Normal bir şərait yaradılıbsa, kimsə bundan sui-istifadə etmək istəyirsə, dövlətin yükünü çiynində daşımaq istəmirsə, o zaman Qaçqınkom-un addımını anlamaq lazımdır. Bu dövlətin mövqeyindən çıxış etməkdir. Təbii ki, bütün dünyada iqtisadi şərtlər dəyişib, ölkədə də iqtisadi çətinliklər mövcuddur. Bu addım maliyyə çətinliyi ilə bağlı deyil, Qaçqınkomun bu addımı sui-istifadə hallarının qarşısını almaqdır”.

moderator.az

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın