Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Şou Biznes / Evini Azərbaycan bayrağının rənglərinə bürüdü – Fotolar

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü – Fotolar

Goranboy rayon sakini Qaryağdı Həsənov dövlət rəmzimiz olan üçrəngli bayrağa sevigisini qeyri-adi formada nümayiş etdirib.

O, Tatarlı kəndində inşa etdirdiyi evi üçrəngli Azərbaycan bayrağına bürüyüb.

Ev tikilib ərsəyə gəldikdən sonra Qaryağdı Həsənov onu göy, qırmızı, yaşıl rəngə boyatdıraraq üzərinə Ay-ulduz şəkli çəkdirib. Hündür ərazidə tikilən ev qonşu kəndlərdən də görünərək diqqət çəkir.

Q.Həsənov ikimərtəbəli evin inşasına 2016-cı ildə başlayıb. Tikinti işləri sürətləndikdən sonra arzusunu reallaşdırıb. 2 otaqdan, 1 eyvandan ibarət olan görünüşlü evin 2-ci mərtəbəsində hələ ki, işlər yekunlaşmayıb.

Cəbhə rayonu olan Goranboyun Tatarlı kəndində tikilən evə Q. Həsənov 5 min manatdan çox xərc çəkib. O, gələcəkdə evin dam örtüyünü də göy, qırmızı yaşıl rəngli keramika ilə örtəcəyini deyib.(Report)

Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -  Fotolar
Evini Azərbaycan bayrağının rənglərinə bürüdü -  Fotolar

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın