Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Emin Tramp qalmaqalı barədə danışmaqdan imtina etdi

Emin Tramp qalmaqalı barədə danışmaqdan imtina etdi

Azərbaycanlı müğənni Emin adının çəkildiyi oğul Donald Tramp və rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə qalmaqalı şərh etməkdən imtina edib.

Bu barədə BBC məlumat yayıb.

“Tramp haqqında suallar verməyin. Mən buraya müğənni kimi gəlmişəm. Mənim bu gün axşamkı şouma gəlin”, – deyə Emin Ağalarov “BBC”-nin oğul Donald Trampa nə vermək istəyirdiniz sualını cavablandırarkən bildirib.

Emin Ağalarov, həmçinin oğul Donald Tramp tərəfindən üzə çıxarılan “e-mail”lərin saxta olmaması ilə bağlı hüquqşünasın sözlərini də şərh etməyib.

Bu məsələ də isə Emin onun hüquqşünasına müraciət etməyi məsləhət görüb. O, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi barədə sualı da cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın