Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / “Elşad Miri Quranın bəzi ayələrini 18+ adlandırır”

“Elşad Miri Quranın bəzi ayələrini 18+ adlandırır”

İlahiyyatçı Elşad Mirinin son günlər səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmır.  E.Miri bildirib ki, qadınlar menustrasiya dövrünü keçirəndə namaz qıla, oruc tuta, Quran oxuya bilər. Çünki Quranda bunu qadağa edəcək ayə yoxdur.
İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Moderator.az -a açıqlamasında Elşad Mirinin fikirlərinə münasibət bildirib:
 “Elşad Miri tək bunu demir. Eyni zamanda Quranın bir çox ayələrini inkar edəcək dərəcəyə çatır. Ola bilsin ki, ateistlərlə müzakirələrdən sonra belə bir qənaətə və şübhəyə düşüb. Ya da ola bilsin ki, qərəzli şəkildə belə edir. Biz müsəlmanlar mənbələrə olduğu kimi baxırıq. Ona başqa məna vermirik. Siz düşünün ki, əgər belə bir hal baş versəydi indi Qurandan, hədislərdən, islamdan əsər əlamət qalmazdı. Bu düşüncə indi mövcud olmayıb. İslam tarixində belə bir fikir axını olub. Onlar Quranilər adlandırılıblar. Elə fikirdə olanlara görə hədislərə ehtiyac yoxdur. Quran bəs edir. Bu barədə hədis də vardır. Allah Rəsulu (ona və ailəsinə salam olsun) buyurub ki, elə vaxt gələcək ki, adam rahat oturduğu yerdə deyəcək ki, Quran bizə kifayətdir. Hədislərə, peyğəmbərlərin sözlərinə ehtiyacımız yoxdur”. Allah Rəsulu buyurub ki, belə insanlardan imanın şirinliyi, imanın həqiqəti götürüləcəkdir. Həmçinin bu metod ona görə islam alimləri tərəfindən qəbul olunmayıb ki, bu fikirdə olan əvvəlcə hədisləri inkar etdikdən sonra Quran ayələrinin həqiqətinə aid məsələlərdə şübhəyə düşərək onu da istədiyi kimi yorumlayır. Bu səbəbdən Qurana, hədislərə və islam alimlərinin icmasına bağlı qalan alimlər belə fikirləri yaxına buraxmırlar. Siz düşünə bilirsinizmi ki, məhz əvvəlki peyğəmbərlərin şəriəti bu səbəblərdən təhrifə məruz qaldı. Onlar da Peyğəmbərlərinin dediklərini ya inkar etdilər, ya da özləri düşündükləri kimi ayələrə məna verərək Tövratın və İncilin əslini dəyişdirdilər. Bu hücüm indi də Qurana qarşı həyata keçirilir. Hətta bunun üçün xüsusi mailiyyə ayrılır ki, müsəlmanları daxildən bölüb parçalasınlar. Bu səbəbdən belə fikirləri qəsdən müsəlmanlar arasına daxil edirlər. Mustafa İslamoğlu kimi ilahiyatçılar da belə fikirlərlə islamı və müsəlmanları bölməyə nail olmuşlar. Onlar Quranda bildirilən qeyblə bağlı xəbərlərin çoxunu inkar edirlər. Qədər məsələsi, qəbr əzabı, axirətin mövcudluğu, Mehdinin gəlişi, İsa peyğəmbərin barəsində olan xəbərləri təhrif edərək müsəlmanlar arasında bölücülük salırlar. İslam alimləri tarixən Qurana, hədislərə və icmaya istinad ediblər. Bununla şəriət qorunub saxlanılır və gələcək nəsillərə ötrülür. Bu belə də davam edəcəkdir. Allah təala Qurani Kərimdə bildirir ki, biz bu Quranı Qiyamətə qədər təhrifdən qoruyacağıq. Həmçinin Quran indi onu oxuyub anlayanlara doğru istiqamət verir. Elşad Miri qeyd edir ki, qadınlar adət hallarında namaz qıla bilər, oruc tuta bilər. Bunun əsli elə Quranda var. Allah təala bir neçə ayədə qadınlara məxsus hallardan xəbər vermişdir. Bu ayələrdən başqa Peyğəmbərimiz özü də hər bir ibadətin ediliş formasını müsəlmanlara göstərmiş və həmin formalar mənbələr əsasında bizə çatmışdır. Həmin mənbələr indinin özündə də qorunub saxlanılır və araşdırılır. Hətta böyük alimlərdən olan İbn Sirin də bildirir ki, Allah bizim ümmətə istinad verməklə onu digər ümmətlərdən fərqləndirmişdir. Belə ki, hər bir müsəlman istinadla dini mətnləri oxuyub anlayır, yaşayır və gələcək nəsilə ötürür.  Həmçinin Elşad Miri Quranda olan ayələrin bir çoxunu 18+ adlandırır. Misal üçün Quranda qadınların Cənnətdə necə təsəvvür olubmasına aid ayələri Elşad Miri 18+ adlandırır. Bu da Quranı ələ salmaq, məsxərəyə qoymaq deməkdir.  Bunun da ateistlikdən irəli gələn fikirlər olduğu hamıya məlumdur. Çünki, bu vaxta qədər heç bir islam alimi Quranı belə məsxərəyə qoymamışdır.   Quranı belə gülüş hədəfinə çevirənlər ancaq inancı zəif, yaxud da Qurana inanmayan şəxslər olmuşlar.  Biz ibadətləri Allahın kitabında xəbər verdiyi və Peyğəmbərin dediyi kimi həyata keçiririk. Peyğəmbərin şəriət barəsində dedikləri də vəhydən hesab olunur. Məhz həmin hədis mənbələri də istinadları ilə qorunub saxlanılır. Məhz qadınların adət vaxtlarında ibadətə icazə verilməməsi də hədislərdə bildirilmişdir. Eyni zamanda islam alimləri də bu məsələdə fikir ayrılıqlarına düşməmişlər.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın