Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı açıqlandı

Elçin Cəlilovu narkoman edən Xalq artistinin adı açıqlandı

Bu günlərdə narkotik vasitələrdən həddən artıq dozada istifadə etdiyinə görə həyatını itirmiş Elçin Cəlilov barədə müzakirələr səngimir. 

Lent.az-ın məlumatına görə, buna səbəb Elçin Cəlilovun yaxın qohumu müğənni Vüqar Muradovun onu narkotik vasitələrə məşhur bir sənətçinin alışdırdığını deməsi olub. O, efirdə ad çəkməsə də, həmin ifaçını “qoca kaftar” adlandırıb.

Sosial şəbəkələrdə həmin sənətkarın adını açıqlayan Vüqar Muradov onun skripka ifaçısı Natiq Nuriyev olduğunu söyləyib və daha bu barədə danışmaq istəmədiyini deyib. Sosial şəbəkələrdə də ifaçını tanıyan bir çoxları Natiq Nuriyevin adını çəkərək,  məhz onun Elçinin ölümünə bais olduğunu yazıblar.

 Qeyd edək ki, mərhum Elçin Cəlilov da bir zamanlar aktyor Emil Rəhmanoğlunu öz təsiri altına almış, onun narkotiklərdən istifadə etməsinə səbəb olmuşdu. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …