Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Şou Biznes / “Döyüş Gündəliyi.Talış” sənədli filminin Rusiyada təqdimatı keçirildi

“Döyüş Gündəliyi.Talış” sənədli filminin Rusiyada təqdimatı keçirildi

Hərbi bloger Tofiq Şahmuradovun “Döyüş Gündəliyi.Talış” sənədli filmi Moskvada təqdim edilib. Təqdimetmə mərasimi filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçrilən təqdimetmə mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

Azinforum.az xəbər verir ki, Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı. Tədbirin təşəbbüskarı olan tanınmış jurnalist salamlama nitqində filmin niyə Moskvada keçrilməsini Rusiyadakı icmamızın bu kimi mövzuda tədbirlərə ehtiyac duyması və bu sahədə illərlə müşahidə olunan boşluğu doldurmaq niyyəti ilə izah etdi. Onun fikrincə, 2016-ci il aprel doyushlerinde elde edilən hərbi- siyasi uğurlar barədə melumatlandirma, tebliqat ve dushmen tebliqatina qarshi eks-tebliqat fealiyyetinde Rusiyadakı diaspor qurumları passivlik gostermishler. Jurnalist hesab edir ki, Qələbəmizi shubhe altına almaqa cəhd edən erməni təxribatçılarının qarşısıni almaq, ölkədən kənardakı soydaşları melumatlandirmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyətilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu meqsedle Anar Hesenov icma üzvlərinə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələrin, görüşlərin, film təqdimetmələrinin ictimai işdə ön sıraya çəkməyi zeruri hesab etdiyini bildirdi. Və toplaşanları “Döyüş gündəliyi-Talış” filminə baxmağa dəvət etdi.

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri gözyaşı və sevincqarışıq qürur hissi ilə izlədilər.

“Döyüş Gündəliyi. Talış” Azərbaycan Silahlı Qüvvələrinin 2016 cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 muhum yukseklik, o cumleden, dushmenin 21 mohkemlendirilmish hərbi postlarini göstərərək, Azərbaycan silahlı qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbiçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb. Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd etdi.

Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları xüsusi maraqla qarşılandi. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırdilar. Azerbaycan ordusunun yeni qelebelere imza atmaq uchun ne mane olur sualina cavab vererken, herbi ekspert Nazim Bayram bildirdi ki, Ermenistanin danishiqlar prosesindeki destruktiv movgeyi munaqishenin sulh yolu ile helli imkanlari azaldir. Onun fikrince, dunyada ve regionda elverishli beynelxalq sheraitin yarandigi halda Azerbaycan oz erazi butovluyunu herb yolu ile temin edecek. Hazirda her bir azerbaycanlinin vezifesi torpaqlarimizin azadliqi uqrunda muharibeye hazirlashmaqdir.

Hərbi ekspert Abuzer Abilov novbəti suali cavablandirarkən, Prezident, Azərbaycan Silahli Quvvələrinin Ali Bash Komandani cənab Ilham Aliyevin olkənin əerazi butovluyunun berpasi istiqametinde apardiqi siyasetin, ordu quruculuqu, orduya diqqeti ve qayqisi neticesinde bu gun ordumuzun regionun en muasir ordusuna cevrildiyini ve dushmen uzerinde tam herbi-texniki ustunluk qazanildiqini qeyd etdi.

Tədbirdə birinci Qarbağ müharibəsinin iştirakçısı olmuş 30 a yaxın qazi iştirak edirdi. Onlar tədbirə Rusiyanın müxtəlif regionlarndan qatılımishdilar.Rusiyanın hər tərəfindən tədbirə qatılan soydaşlarımız onları düşündürməkdən daha çox əndişələndirən, qayğılandıran suallara cavab tapdıqlarını dedilər.

“Bu tipli görüşlər Vətəndən uzaqda yaşayan soydaşlarımızın arasında hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edir. Belə görüşləri tez-tez təşkil etmək gərəkdir”.

Birinci Qarabağ savaşının döyüşçüsü Mircamal Ağarəhimli isə keçmiş Qarabağ döyüşçülərinin veteran adlandırılmasından narazı olduğunu bildirdi. “ Biz döyüş, torpaq deyiləndə təcrübəsi olan və cəngavərə dönən 40 yaşında gənc insanlarıq. Bizə veteran kimi baxmaq deyil, döyüşçü kimi ön sıralara göndərmək və potensialımızdan istifadə etmək lazımdır”.

Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostlugu Universitetinin professoru, iqtisad elmleri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər.

Gecə “Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrini gözləyirik”- notu ilə bitdi.

Həmçinin oxuyun

Dünya şöhrətli müğənni Alim Qasımovdan heyrətə gəldi

Dünyaca məşhur islandiyalı müğənni, aktrisa, musiqiçi, bəstəkar, mahnı sözü yazarı, bir çox mükafatların laueratı Byork …

Bir cavab yazın