Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başladı

Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başladı

Son illər muxtar respublikada yol-nəqliyyat kompleksinə daxil olan qurumların fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Bu tədbirlər 2017-ci ilin birinci rübündə də diqqətdə saxlanılıb, Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib.

Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, bu günlərdə isə Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başlayıb. Avtobus hər gün səhər saat 05:00-da Naxçıvan şəhər avtovağzalından yola düşür.

Sərnişinlər muxtar respublikada fəaliyyət göstərən bütün avtovağzallardan Naxçıvan-İğdır marşrutu üzrə 5, Naxçıvan-Ərzurum marşrutu üzrə isə 16 manata bilet əldə edə bilərlər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın