Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Deputat olmaq üçün 1 yer uğrunda 10 nəfər mübarizə aparacaq

Deputat olmaq üçün 1 yer uğrunda 10 nəfər mübarizə aparacaq

Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Modern.az bildirir ki, APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, bu, 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir. Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərinin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədrinin sözlərinə görə, indiyə qədər MSK-ya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb: “Üç-dörd hala görə namizədliyin qeydə alınmamasına görə bunun kütləvi hal aldığı barədə fikirlərin heç bir əsasının olmadığı ortadadır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın