Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / “Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də”… – “…bizim ailənin dərdinə kömək edən yoxdur”

“Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də”… – “…bizim ailənin dərdinə kömək edən yoxdur”

Dia.az: – Qəbələ rayonu Dızaxlı kənd sakini Abdurəhmanova Turanə Ağababa qızı tərəfindən Dia.az -a şikayət ərizəsi ünvanlanıb. Narzı vətəndaş yazır:

“Mən 18 ildir ki, ailə başçısını itirmişəm.Uzun illərdi 2 xəstə övladıma və gözdən əlil xəstə qaynanama baxıram.Heç bir yerdə işləmirəm, Çünki yataq xəstəsiu olan qaynanamı tək kimsəsiz qoyub işləyə bilmirəm.Ona məndən başqa baxan yoxdur.Övladlarımın ikisi Mirzəyev Elvin Məzahir oğlu və Mirzəyeva Şəhanə Hepatit C xəstəliyindən əziyyət çəkirlər.

Hər ikisi Qəbələ Ryon Mərkəzi Xəstəxanasında qeydiyyatdadırlar.Xəstə övladlarımın müalicəsi üçün bankdan götürdüyüm krediti ödəyə bilmirəm.Artıq onların təkrar müalicəsinin vaxtı ötüb ancaq imkansızlıqdan xəstə övladlarımı müalicə etdirə bilmirəm”.

Daha sonra şikayətçinin dia.az-a daxil olan müraciətində qeyd olunur: “Evimizin dam örtüyü köhnə kirəmitdən olduğu üçün yağan yağış otaqlara damır.Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də, bizim ailənin dərdinə kömək edən yoxdur.Çox acınacaqlı bir vəziyyətdə yaşayırıq.Artıq nə edəcəyimizi bilmirik, övladlarımnı itirməkdən qorxuram.Ona görə də ümüdüm Allaha və Sizlərədir.

Hörmətli Prezident cənab İlham Əliyev, hörmətli Mehirban xanım Əliyeva, hörmətli millət vəkilləri, hörmətli Fəttah Heydərov, hörmətli Nazirlər, hörmətli Kəmaləddin Heydərov, hörmətli din xadimləri, hörmətli insanlar sizdən çox-çox xahiş edirəm, yalvarıram, and verirəm Allaha imkan daxilində biizm ailəyə köməklik edin.Gəlin baxın görün hansı şəraitdə hansı vəziyyətdə 3 ağır xəstə necə yaşayır, zülm əzab-əziyyət çəkir.Hamınızı kasıb evimizə dəvət edirəm gəlin baxın xahiş edirəm.Biz yaşamırıq zülüm çəkirik.Sabah 8 Mart Beynəlxalq qadınlar günüdür.Bizim ailə isə bayram yox matəm içindəyik, xahiş edirik bizə kömək edin”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...
"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...
"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...
"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...
"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...
"Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də"...

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın