Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Bu həyata gəldiklərinə, bu ölkədə yaşadıqlarına peşman olmasınlar…” – Rasim Balayev 

“Bu həyata gəldiklərinə, bu ölkədə yaşadıqlarına peşman olmasınlar…” – Rasim Balayev 

“Bu gözəl ölkədə hər cür potensial imkanımız var ki, 8-9 milyonluq Azərbaycan əhalisi yaxşı yaşasın. O üzdən arzu edirəm ki, bütün xalqımız yaxşı yaşasın. Bu həyata gəldiklərinə, bu ölkədə yaşadıqlarına görə heç vaxt peşman olmasınlar”.

Bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti, əvəzsiz aktyor Rasim Balayev deyib.

Rasim Balayev Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib:

“Rasim Balayev Hər kəsi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, camaatımızın üzü gülsün, ruzisi olsun, evlərdə şadlıq, əsl bayram əhval ruhiyyəsi olsun. Tez-tez küçəyə çıxıram, insanlar arasında oluram, insanların çox fikirli görünür. O üzdən arzulayıram ki, insanlarımızın üzü gülsün. Arzu edirəm ki, xalqımız yaxşı yaşasın, qayğıdan, problemdən uzaq olsun, işləri-gücləri olsun. İllərdir uzaq düşdüyümüz Qabağımızı qaytara bilək”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın