Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Pambığa görə dövlətdən yardım alanların siyahısı açıqlanıb

Pambığa görə dövlətdən yardım alanların siyahısı açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi emal müəssisələrinə təhvil verilmiş pambığa görə subsidiya almış istehsalçıların adlarını özünün internet səhifəsində ictimaiyyətə açıqlayıb.

Söhbət 24 rayonda pambıq əkən 4 mindən çox kəndlidən gedir. Onların arasında iri təsərrüfatlarda birləşənlər də var.

KİM NƏ QƏDƏR ALIB

Məlumata görə, pambıq istehsalı və emalı sahəsində çalışan «MKT İstehsalat Kommersiya» MMC – 792 min manat, «CTS-Agro» MMC – 311min 400 manat, «Qaraçay Holdinq» şirkətlər qrupuna daxil «Türyançay Fermer Təsərrüfatı» MMC – 42 min 886 manat, «Agromaster» MMC – 25 min 900 manat, «Röyal Kəndli Fermer Təsərrüfatı» – 88 min 100 manatla dövlət yardımı alınlar arasında liderdir.

Göyçaydan Habil Abbasova 25 min 500 manat, Bərdədən Elşad Bayramova 30 min 800 manat, Elman Nərimanova isə 38 min 400 manat subsidiya verilib.

Saatlı və Biləsuvar pambıqçıları 1 milyon 200 min manat, imişlililər – 1 milyon 20 min manat, ağcabədililər – 871 min manat yardım alıblar.

600 MİN MANATIN HESABI YOXDUR

Nazirlik 8 milyon 200 min manatın hesabatını verib. Fevralın 10-da açıqlanan və subsidiyaların necə bölünəcəyini əks etdirən məlumatda 88 min 728 ton 100 kiloqram xam pambığa görə 8 milyon 872 min 800 manat subsidiyanın veriləcəyi bildirilirdi. 600 min manatın bölgüsü hələ qaranlıq qalıb.

PAMBIQÇILAR UDUŞDADIR

Ötən il pambıq əkinlərinə görə subsidiya ödənişi mexanizmi dəyişdirilib. Yeni mexanizm əkin sahəsindən daha çox məhsul yığmağa həvəsləndirir.

Hər hektara görə 90 manat əvəzinə, təhvil verilən 1 kq pambıq üçün 10 qəpik mexanizminə keçilib. Bu hesabla 52.1 min hektar əkin sahəsində yetişdirilən məhsula görə 4 milyon manat daha çox yardım ödənilib.

Bu il sahələrin, azı, 120 min hektara çatdırılacağı, 250 min ton pambıq yığılacağı gözlənilir.

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …

Bir cavab yazın