Cümə , İyul 19 2019
Ana səhifə / Şou Biznes / Bu gün Aşuradır

Bu gün Aşuradır

Bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda bu gün Aşura günü kimi qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fitvaslna əsasən, hicri-qəməri təqvimi ilə yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il, oktyabr ayının 15-nə təsadüf edib.

Məhərrəm ayının 10-u – Aşura günü isə 2015-ci il, oktyabr ayının 24-nə – bu günə düşür.

Fitvada deyilir ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.

“Son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər” – deyə fitvada qeyd olunur.

Bu gün son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili olacaq.

Qanvermə aksiyaları aşağıdakı məscidlərdə keçirilir:

Bakı şəhəri:

1. Yasamal rayonu – Təzəpir məscidi;

2. Yasamal rayonu – Hacı Soltanəli məscidi;

3. Səbayel rayonu – Bibiheybət məscidi;

4. Səbayel rayonu – İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu – Qaraçuxur məscidi;

6. Xəzər rayonu – Mir Mövsüm ağa məscidi;

7. Nizami rayonu – Keşlə qəsəbə məscidi;

8. Nəsimi rayonu – Əjdərbəy məscidi

9. Sumqayıt şəhəri – Cümə məscidi;

10. Gəncə şəhəri – İmamzadə məscidi;

11. Mingəçevir şəhəri – “Heydər məscidi;

12. Şəki şəhəri – Cümə məscidi;

13. Lənkəran şəhəri – Böyükbazar məscidi;

14. Bərdə şəhəri – Cümə məscidi.

QMİ onu da bildirib ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl – oktyabrın 23-də tasua günündən başlayacaq.

Həmçinin oxuyun

“Vicdan haqqı”nın məşhur cütlüyü aparıcılıq edəcək

“Vicdan haqqı” serialından sonra məşhurlaşan və ailə quran Ülviyyə Xalidbəyli ilə Murad İsmayıl cütlüyü aparıcılığa …

Bir cavab yazın