Ana səhifə / İqtisadiyyat / Putin yolda qaydaları pozdu – Fotolar

Putin yolda qaydaları pozdu – Fotolar

Rusiya prezidenti Vladimir Putin Soçidə “Valday” diskussiya klubunun iclasına yaşıl “Lada Vesta” ilə gəlib.

“ Azinforum.az ” ın  BAKU.WS-ə istinadən məlumatına görə, avtomobili şəxsən idarə edən Putin “Lada Vesta”nı yüksək qiymətləndirib. İclasa gedərkən sürət limitini ötən Putin qaydaları pozduğunu etiraf edib:

“Yolda sürət maksimum 30-50 km/saat idi. Ancaq düzünü desəm mən bir az sürətli gedirdim”, – deyə Putin söyləyib.

Rusiya prezidentinin test etdiyi avtomobil avtomat ötürmə qutusuyla təchiz edilib. Putin ilk dəfə deyil ki, sükan arxasında “Lada” avtomobilini test edir. Hələ 2010-cu ildə o, baş nazir olaraq Xabarovsk-Çita yolunda “Kalina”nı sürüb. 2011-ci ildə isə Putin “Lada Granta” avtomobilinin test-drayvında iştirak edib.

Putin yolda qaydaları pozdu -  Fotolar
Putin yolda qaydaları pozdu -  Fotolar
Putin yolda qaydaları pozdu -  Fotolar

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın