Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Britaniyali alimlər həyatdan zövq alan insanların daha çox yaşadığı qənaətinə gəliblər

Britaniyali alimlər həyatdan zövq alan insanların daha çox yaşadığı qənaətinə gəliblər

Britaniyali alimlər həyatdan zövq alan insanların ölüm riskinin 24 faiz azaldığı qənaətinə gəliblər.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər 2002, 2004 və 2006-ci illərdə İngiltərədə yaşayan 50 və 60 yaşı olan 9 000 nəfərlə görüşüblər. Tədqiqatda həyatdan zövq alan 50 yaşdan yuxarı insanların gələcək 7 ildə ölüm ehtimallarının 24 faiz aşağı olduğu müşahidə edilib.

Araşdırmada iştirak edənlərdən 1 310 nəfəri 2013-cü ildə həyatını itirərkən, qalan üç ildə xoşbəxt olduğunu bildirənlərin ölüm nisbəti bədbəxt olduğunu dilə gətirənlərdən 24,3% az olduğu qeyd edilib.

Elm adamları bunun insanın ümumi ruh halının, bədəndəki xeyirli və ya zərərli hormonların səviyyəsini dəyişməsilə əlaqəli ola biləcəyini düşünür.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın