Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Terrorçular Dəməşqin ətraf rayonlarını tərk edir…

Terrorçular Dəməşqin ətraf rayonlarını tərk edir…

Suriya hökumət ordusu və Rusiya Tərəflərin Barışdırılması Mərkəzi bu ölkədə təslim olmuş terrorçuların amnistiyasını həyata keçirirlər.

Virtualaz.org “Federal Xəbərlər Agentliyi”nə istinadən xəbər verir ki, Dəməşqin Qərbi Quta və Xan əl-Şeyx rayonlarında yüzlərlə keçmiş terrorçuya amnistiya şamil edilib. Amnistiya olunmuş terrorçular silahlarını və hərbi sursatlarını təhvil verir, Suriya ordusunun zabitlərinə izahat yazırlar.

Sənədlərdə onlar şəxsi anket məlumatlarını bildirir və imzaları ilə bildirirlər ki, bundan sonra terrorçuların tərəfində vuruşmayacaqlar. Daha sonra prezident Bəşər Əsədin fərmanına müvafiq olaraq, amnistiya olunmuş keçmiş terrorçulara yeni sənədlər təqdim olunur.

Bildirildiyinə görə, yaxın günlərdə Şərqi Quta rayonunu 3000-dən çox terrorçu tərk edəcək və onlar normal həyata qayıdacaqlar.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın