Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / Başçının yeni təyinatı aranı qarışdırdı – Ağdamda

Başçının yeni təyinatı aranı qarışdırdı – Ağdamda

Ağdamdan AzFakt.com-a daxil olan məlumata görə 6 aydır boş qalan rayon Təhsil şöbəsinə müdir təyinatı gerçəkləşib. Rayon təhsil şöbəsinə icra başçısı Raqub Məmmədovun sinif yoldaşı və uşaqlıq dostu Rahil Allahverdiyev təsdiq edilib.

Raqub Məmmədov icra başçısı təyin olunandan sonra Rahil Allahverdiyevi rayonun əsas korrupsiya mərkəzlərindən biri olan təhsil şöbəsinin müdiri müavini təyin etmişdi. Daha sonra Elmira Şükürovanı işdən azad edərək (Elmira Şükürova hazırda Kəlbəcər Təhsil Şöbəsinin müdiridir), onun vəzifələrini uşaqlıq dostuna həvalə etmişdi.
Məlumatda deyilir ki, Rahil Allahverdiyev Təhsil Şöbəsinin müdiri təyin olunduqdan sonra bir çox qalmaqallı hadisələr baş verib. Belə ki, şöbə müdiri təyin olunan günü 5 məktəb direktorunu vəzifəsindən çıxardıb.
İşdən çıxarılan məktəb direktorlarından biri Baharlı-1 qəsəbəsi tam orta məktəbinin direktoru Elməddin Məmmədov Rahil Allahverdiyevin üzərinə maşın sürüb. Məsələ ilə bağlı təhsil şöbəsinin müdiri icra başçısı Raqub Məmmədova xəbər verib. İcra başçısı isə baş verənlərlə bağlı ölçü götürülməsi göstərişini verib.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın