Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Baş travmotoloqdan xəbərdarlıq: “Valideyn səhlənkarlığından uşaqlar barmaqlarını itirir”

Baş travmotoloqdan xəbərdarlıq: “Valideyn səhlənkarlığından uşaqlar barmaqlarını itirir”

“Valideyn nəzarətsizliyi nəticəsində uşaqların əlinin ət maşınında qalması ilə bağlı son zamanlar xəstəxanaya tez-tez müraciətlər daxil olur. Valideynlər bilməlidirlər ki, kiçik səhlənkarlıq uşağın barmaqlarını itirməsi ilə nəticələnir”.

Bunu virtualaz.org saytına açıqlamasında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmotoloqu Vaqif Verdiyev söyləyib.

V.Verdiyev deyib ki, ət maşınına düşən barmaqlar bərpa olunmur: “Müşahidələr göstərir ki, xüsusilə, körpə uşaqlar valideyn səhlənkarlığı ucbatından barmaqlarını ət maşınına salırlar. Ət maşınına düşən barmaqlar bərpa olunmur. Belə hallarda replantasiya ilə də barmaqları bərpa etmək mümkün deyil”.

Baş travmatoloqun sözlərinə görə, bu cür faciələrlə bağlı dəfələrlə mətbuat vasitəsilə müraciətlər edilib. Amma hələ də valideynlər məsuliyyətsizlik edirlər: “Əvvəllər daha çox kəndlərdən təndirdə yananlar müraciət edirdilər. İndi isə ət maşını faciəsi problem olub”.

Böyüklərə gəldikdə isə laqunda travmaları ilə müraciətlər artıb. V.Verdiyev söyləyir ki, laqunda ilə əllərin, ayaqların, baldırların kəsilməsi və yanması travmalar arasında ikinci yerdədir. Çünki laqundadan istifadə qaydalarına düzgün riayət edilmir”.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın