Müğənni Mirkamil Kamilov qız-oğlan dostluğundan danışıb.
Moderator.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində bunun ailədə qısqanclıq yaratdığını bildirib:
“Mənim üçün dostluq yoxdur. Amma saflıq var. Hansısa bir ailədə kişi xanımına “Mən gedirəm qız dostlarımla çay içməyə” sözünü deyə bilməz. Heç kişi də qadının oğlan dostlarını qəbul etməz. İstər-istəməz arada qısqanclıq yaranacaq. İndiki xanımlar ailə qurmazdan əvvəl oğlandan soruşurlar ki, “Evdə “wifi” var?”.
Analar qızlarına başa salmalıdır ki, “WhatsApp” bir kənara qalmalı, bəyinə qulluq etməlisən. Övladlarına iş başa salsınlar. Qızlar paltarı düzgün ütüləməyi də bilmirlər. Ağıllı xanım bəyi dərk etməlidir. Kişi doymalıdır. Evə girəndə qarşısına çay, yemək qoy, sonra sözünü de. Bunlar olmayanda ailədə problemlər yaranır”.