Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Bankdakı əmanətlərini götürə bilməyənlər nə etməldir? – VİDEO

Bankdakı əmanətlərini götürə bilməyənlər nə etməldir? – VİDEO

Ölkədə bank sektorunun fəaliyyəti ilə hamı maraqlanır. Az adam tapmaq olar ki, onun banka işi düşməsin. Yaranan problemlərin də sayı az deyil. Həmin problemlərin səbəbkarı isə bəzən vətəndaşlar, bəzən də banklar olur.

Əhalidə ən çox maraq doğuran məsələlərdən biri banklardakı əmanətlərlə bağlıdır. Çalışacağıq ki, əmanətlər haqda sizi daha dolğun məlumatlandıraq. Əmanətlər iki cür olur: qorunan və qorunmayan əmanətlər. Bu əmanətlər bir-birindən faiz dərəcəsinə görə fərqlənir.

Azad Cavadov (ƏSF-nın icraçı direktoru): “Əgər əmanət bir neçə milyon olsa belə 15 və daha aşağı faizlə qoyulubsa, bu əmanət qorunan əmanət sayılır və buna görə kompensasiya ödənilir”.

Əgər vətəndaş əmanəti bir neçə il əvvəl, faiz dərəcəsinin aşağı olan vaxtında və dollarla qoyubsa bu zaman onun qaytarılması fərqli formada həyata keçirilir.

Bir vacib məsələni də diqqətdə saxlamaq lazımdır. Belə ki, əmanətçinin bankda yalnız bir valyuta ilə hesabı olmalıdır. Əgər əmanətçinin bankda həm digər məzənnə, həm də manatla əmanəti varsa, əmanət ona manatla qaytarılır. Məsələn, əmanətçinin əgər yalnız dollarla əmanəti varsa, o, öz əmanətini dollarla geri alır.

Son zamanlar əmanətçilərin öz əmanətlərini geri ala bilməmələri ilə bağlı şikayət xəbərlərinin çoxaldığını müşahidə olunur. Ekspertlər bu problemi vətəndaşların öz əmanətlərini çıxarmaq üçün banklara kütləvi axın etmələri ilə bağlıyırlar.

Ekspert Rəşad Həsənov həm də hesab edir ki, əmanətlərin qaytarılmaması probleminin sadə səbəbi olduğundan bu müvəqqəti bir problemdir:  “Hər kəs əmanətini digər valyutalara keçirmək istəyir. Manatın növbəti günlərdə dəyərsizləşəyi riskindən dolayı banklar öz vəsaitlərinin aktivlərinin böyük bir qismini xarici valyutaya çeviriblər. Bu baxımdan banklar manatla olan əmanətləri geri qaytarmaqda çətinlik çəkirlər”.

Ekspert Vüqar Bayramov isə hesab edir ki, öz əmanətlərini vaxtından əvvəl geri götürmək istəyən vətəndaşlar var ki, onların əmanətlərinin qaytarılmasının yubanması normal haldır: “Vaxtından əvvəl geri götürürsə, əgər banka 1 həftə vaxt verməlidir ki, bank həmin vəsaiti tapıb toplasın. Əmanətin məbləği böyük olanda da banka xəbər vermək lazımdır”.

Əmanətçilərin Sığortalanması Fondundan isə bildirirlər ki, bu gün əmanətlərin qaytarılmasında problemin olmasından söhbət belə gedə bilməz: “Hal-hazırda sığorta hadisəsi üzrə ümumilikdə 722 milyon vəsait ödənilib. Və 31 milyon vəsait qalıb. Hansı ki konpensansiya olunub, amma vətəndaşlar gəlib vəsaitlərini götürməyiblər”.

İnanırıq ki, əmanətlər haqda müəyyən qədər məlumat verə bildik. Banklara əmanət qoyarkən müqavilə şərtlərini diqqətlə oxuyun və sonra imzalayın. Böyük problemlərin kökü elə məhz şərtləri oxumamaq ucbatından baş verir.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın