Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim – FOTOLAR

Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim – FOTOLAR

Bakının mərkəzində yerləşən kafelərdən birində ofisiantların geyimi diqqət çəkib.

Azinforum.az – ın Axşam.az-a istinadən məlumatına görə, burada işçilərin geyindiyi köynəklərin arxasında heşteq işarəsi ilə işğal olunmuş rayonlarımızın adları yazılıb. Özü də bu adlar ingilis dilində verilib: #zangilanisazerbaijan, #shushaisazerbaijan…

İşçilərdən bunu nə üçün etdiklərini soruşanda isə onlar turistlər üçün belə addım atdıqlarını bildiriblər. Onlar deyib ki, məqsədləri ermənilər tərəfindən işğal olunan rayonlarımızı əcnəbilərə tanıtmaq, onların əslində Azərbaycanın bir hissəsi olduğunu bildirməkdir.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: – “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın