Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Tanınmış aparıcı qardaşının faciəvi ölümü haqda: “Dənizdə ürəyi partladı”

Tanınmış aparıcı qardaşının faciəvi ölümü haqda: “Dənizdə ürəyi partladı”

ARB kanalının aparıcısı Hüseyn Azərin qardaşı, 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğulub.

Musavat.com xəbər verir ki, yenicag.az-a açıqlama verən Hüseyn gözyaşları içərisində hadisə zamanı qardaşının yanında olduğunu dedi:

“Mən ARB-nin Tovuz bürosunda çalışıram. Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim”.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın