Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Bakını “rahat sex” şəhərlərinə bənzədib…” – Sensasion açıqlama

“Bakını “rahat sex” şəhərlərinə bənzədib…” – Sensasion açıqlama

Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib.“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan mentaliteti ilə bağlı fikirlərini bölüşüb.

Murad Arif qeyd edib ki, Rusiya kanallarında Bakını “rahat sex” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb:

“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində “mentalitet” gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək. O qədər normal sayılacaq şeyləri – məsələn ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız.

Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?

Onsuz da dünya ictimaiyyətinin gözündə “işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra “Martirosyanların” Rusiya kanallarında Bakını “rahat sex” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın