Bazar , Noyabr 17 2019
Ana səhifə / Şou Biznes / Bakıda “Xəyanətdən qələbəyə” sənədli filminin təqdimatı keçirilib

Bakıda “Xəyanətdən qələbəyə” sənədli filminin təqdimatı keçirilib

Bakıda Türkiyə səfirliyinin, TRT-nin və Anadolu Agentliyinin təşkilatçılığı ilə 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı hazırlanmış “Xəyanətdən qələbəyə” sənədli filmin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın ictimai-siyasi nümayəndələri, media rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla anılıb. Ardınca hər iki ölkənin dövlət himni səslənib. Mərasimdə çıxış edən TİKA-nın Bakı üzrə proqram koordinatoru Adəm Urfa bu tədbirlə 15 iyul zamanı Türkiyənin nə dərəcədə böyük təhlükəni aradan qaldırıldığını göstərmək istədiklərini bildirib. O, bu mübarizədə Azərbaycanln da Türkiyənin yanında olduğunu qeyd edib.

Daha sonra çıxış edən Anadolu Agentliyinin Asiya və Qafqaz üzrə bölgə müdiri Tolqa Özgenç 15 iyul gecəsi Azərbaycan xalqının da Türkiyə xalqı kimi yuxusuz qaldığını bildirib: “15 iyul bizim üçün böyük sınaq idi. Biz artıq FETÖ-nun necə bir təhlükəli təşkilat olduğunu anlayırıq. Bunu dost və qardaş bildiyimiz ölkələrə də anlatmaq istəyirik”. Ardınca çıxış edən TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan çıxışında bu tədbirlə türk xalqının canı ilə qarşısını aldığı hadisəni Azəbaycan xalqına çatdırmaq olduğunu bildirib.

Daha sonra sənədli film nümayiş olunub.

Həmçinin oxuyun

“Bir həftə Bakıda qala bilsəm, Miri Yusif kimi Xalq artisti olaram” – Cem Yılmaz

“25 ildən sonra ilk dəfədir ki, Bakıya gəlirəm. Hər kəs məni gözəl qarşıladı. Bu illər …

Bir cavab yazın