Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Şou Biznes / Bakıda səfir qəzaya düşdü

Bakıda səfir qəzaya düşdü

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo yol qəzasına düşüb.

Azinforum.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nərimanov rayonu, Atatürk prospekti 58 ünvanının qarşısında baş verib. Səfirin idarə etdiyi “Toyota Prado” markalı, 048 D 002 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Audi” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Maşın”da qalmaqal: Lalə Suna ilə “atışdı” – VİDEO

“Maşın”da mübarizə davam edir.   Unikal.org xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib …

Bir cavab yazın