Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bakıda psixoloq uşağı döyərək valideynlərinə məsləhət verdi – “Hər gün döyün”

Bakıda psixoloq uşağı döyərək valideynlərinə məsləhət verdi – “Hər gün döyün”

Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meyili olduğu görən valideynlər onu psixoloqa aparıblar. Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb.

BAKU.WS xəbər verir ki, bu barədə psixoloq Xatirə Səfərova Facebook səhifəsində status paylaşıb. Bildirib ki, hazırda həmin uşaq onun terapiya prasedurasından keçir.

“Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, birdə qız oyuncaqları ilə oynasa döyüləcək. Aparın cudoya qoyun. Üzgüçülüyə qoymayın qız kimi fiqurası olar. Peçenye şirniyyat yeməyə qoymayaın. Homoseksuallar şirniyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun”

Psxoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların adını batırır

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın