Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bakıda bu binada mumiyalar saxlanılır – VİDEO

Bakıda bu binada mumiyalar saxlanılır – VİDEO

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının nəzdində yaradılan muzeydə 5 mindən çox eksponat saxlanılır.

Bu eksponatların içərisində insan skletləri, daxili orqanlar və tələbələrin üzərində təcrübə keçdiyi meyitlər də var.

Vaqif Şadlinski (ATU-nin kafedra müdiri) : “Meyit daxil olanda əvvəl onu yuyuruq. Damarlarını formalin məhlulu ilə doldururuq. 2 gün qaldıqdan sonra həmin məhlul toxumalarına yayılır və bərkiyir. Artıq çürümə iyisi olmur.

Müxtəlif səbəblərdən ölü doğulan və ya sonradan dünyasını dəyişən eybəcər görünüşlü körpələri xüsusi şüşə qablarda saxlayırlar. Muzeydə çəkisi 800-1000 qram olan yandırılmış insan külü də var.

Meyitlərin üzərində iş bitdikdən sonra 1920-ci ildə hazırlanan sobada yandırılır. Kafedra müdiri meyit çatışmazlığından da şikayətlənir. Əvvəllər il ərzində 20-30 meyit alındığı halda, keçən il yeni meyit olmayıb. Bu il isə cəmi 3 meyit alınıb. Meyitlərin korlanmaması üçün birbaşa tələbə yox, müəllimlər tərəfindən hazırlanır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın