Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Bakı şəhər İcra Hakimiyyətinin dəvəsi doğub

Bakı şəhər İcra Hakimiyyətinin dəvəsi doğub

Bu gün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçiriləcək Novruz Bayramı şənliklərinə start verilib. Sia.az saytının verdiyi məlumata görə, bayram tədbirləri ərəfəsində maraqlı hadisə baş verib.
İcra Hakimiyyətinin təşkil etdiyi karvan yürüşünə qoşulacaq dəvələrdən biri doğub. Əlbəttə, bu, sıradan bir hadisə də sayıla bilərdi. Amma İlaxır çərşənbəsində, torpağın oyandığı gündə karvana qoşulacaq qotazlı, bəzəkli dəvələrdən birinin doğması maraqlı hadisə sayıla bilər. Hadisəni daha maraqlı edən məqamlardan biri isə dəvənin balasının ağ rəngdə doğulmasıdır.

Dəvəçilər müxbirimizlə söhbət zamanı bildiriblər ki, bu hadisə ilə onlar ilk dəfədir rastlaşırlar. İndiyədək dəvələr qonur, qarışıq rəngli doğublar. Ağ balanın doğulması nadir hallarda baş verir.

Dəvəni ruzi-bərəkət rəmzi adlandırırlar. Bu deyimlərə inansaq İl Axır şərşənbə günündə ağ rəngli dəvənin doğulması karvan yürüşünü təşkil edən Bakı şəhər İcra Hakimiyyəti üçün də, dəvənin sahibi üçün də, bütün xalqımız üçün də ilin bol ruzi-bərəkətli keçəcəyinə bir işarədir. Bayramınız mübarək olsun!!!

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın