Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Bakı 2015 : Avropa Oyunları və Azərbaycan Diasporu” mövzusunda dəyirmi masa FOTO

“Bakı 2015 : Avropa Oyunları və Azərbaycan Diasporu” mövzusunda dəyirmi masa FOTO

Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Dünya Azərbaycanlılarının Konqresinin (DAK) birgə təşkilatcılığı ilə Bakı 1-ci Avropa oyunlarına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdi. Konfransı giriş sözü ilə acan BDM-in sədri İsmayıl Ağayev ilk dəfə keçiriləcək Avropa oyunları münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, möhtəşəm tədbirin Azərbaycan üçün əhəmiyyətindən və Azərbaycan Diasporunun bu məsələdə fəallığından danışdı. DAK həmsədri,millət vəkili Sabir Rüstəmxanlı isə öz çıxışında 1-ci avropa oyunlarının məhz Azərbaycanda keçirilməsinin ölkəmizin əldə etdiyi siyasi-iqtisadi uğurların nəticəsi olduğunu qeyd etdi. Daha sonra millət vəkili Xanhüseyn Kazımlı,Tatar cəmiyyətinin sədri Gülcan xanım, BDM-in Yaxın Şərq üzrə nümayəndəsi Aleks Şapiro, Gürcüstandan dr David Gatenadze, DAMM-nin sədri Rasim Məmmədov, Tataristandan Emin Ramazanov, Avropa oyunlarının nümayəndəsi Kənan Sadıqov, Milli QHT Forumunun idarə heyyətinin üzvü İradə Rzazadə, BDM-in Rusiya nümayəndəliyinin sədri Natiq Bədəlov, akademik Vəli Əliyev, BDM və DAK aparatinin rəhbəri Samir Adıgözəlli, Qadin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdullayeva, Kazak cəmiyyətinin sədri Semuyolov Sergeye, BDM sədr müavini Ələmdar Nəbiyev və başqaları çıxış edərək Avropa oyunlarının əhəmiyyətindən və bu böyük tədbirə Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliklərini bildirdilər. Konfransda Rusiya Federasiyasının Maskva, Novorasiyski, İrkutski regionlarından, Türkiyyə, Qırğızıstan, Gürcüstan və İzraildən qonaqlar və diasporumuzun fəalları iştirak etmişdir.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın